Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Faiq Ağayev: “Bu xəbəri efirdən özüm oxudum” - VİDEO

Faiq Ağayev: “Bu xəbəri efirdən özüm oxudum” - VİDEO

Tarix: 8 Noyabr 2023 15:25

Xalq artisti Faiq Ağayev açıqlaması ilə gündəmə gəlib. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, "Zəfər günü"nə həsr olunmuş "Elgiz izlə" ictimai-sosial proqramda qonaq olan sənətçi bildirib ki, İkinci Vətən müharibəsi zamanı bir sıra rayonlarımızın işğaldan azad olunması xəbərini tamaşaçılara canlı yayımda oxuyaraq, özü çatdırıb. 

"Heç bir müğənni həmkarım o faktı həyatında yaşamadı. Belə ki, İkinci Qarabağ müharibəsi bitməmiş qonşu kanalların birində efirdə idim. Verilişin canlı yayımına təcili xəbərlər gətirildi. O xəbərdə isə hansı rayon və kəndlər azad olunması yazılmışdı.
Xahiş elədim, o rəsmi məlumatı özüm oxudum. Xalqa o məlumatı televiziyada ilk mən çatdırdım. Bu isə mənim üçün həyatımda heç zaman yaddaşımdan silinməyəcək bir hadisə oldu", - deyə Faiq vurğulayıb. 

Milli.Az


Etiketlər:  Faiq Ağayev Bu xəbəri efirdən özüm oxudum VİDEO


RƏYLƏR