Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ali təhsilli gənclər niyə öz ixtisaslarına uyğun iş tapa bilmirlər?

Ali təhsilli gənclər niyə öz ixtisaslarına uyğun iş tapa bilmirlər?

Tarix: 10 Noyabr 2023 14:46

Son illərin tendensiyalarından biri də budur: Azərbaycanda təhsil alan gənc kadrlar öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Çox az qisim öz ixtisasına uyğun bir işlə təmin olunur. Əksəriyyət ya fərqli sahəyə yönəlir, ya da işsiz qalır.

Bunu müşahidə etmək üçün ətrafımıza baxmaq kifayətdir.

Milli.Az xəbər verir ki, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, sözügedən problem ali məktəb konsepsiyası ilə cəmiyyətin inkişaf tendensiyalarının üst-üstə düşməməsinin nəticəsidir:

"Cəmiyyət inkişaf etdikcə yeni ixtisaslara, fənnlərə ehtiyac yaranır. Ancaq Elm və Təhsil Nazirliyi bu inkişafı hiss edə bilmir və konservativ addım atırlar. Gənc kadr təhsilini başa vurduqdan sonra tələb və təklif arasında böyük ziddiyət yaranır. Ali təhsil cəmiyyətin tələblərinə uyğun qurulmalıdır. Cəmiyyət öz işini ali təhsilə görə qura bilməz. Bu isə sonda gənclərin işlə təmin olunmasında əngəllər yaradır.

Bu baxımdan planlaşdırılma düzgün olmalıdır.

Məsələn, nə qədər müəllimə ehtiyac varsa, o qədər də yer olmalıdır. İllik 100 müəllimə ehtiyac varsa, 300 müəllim üçün yer ayırsaq, yenə də problem yaranacaq. Gələcəyi görmənin özündə də ziddiyət var. Səbəblər çoxdur".

Milli.Az


Etiketlər:  Ali təhsilli gənclər niyə öz ixtisaslarına uyğun tapa bilmirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ