Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2023 21:39
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un müalicəsi ilə bağlı tövsiyələrini yeniləyib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bundan sonra 65 yaşdan yuxarı insanlar yüksək risk deyil, orta risk kateqoriyasına aid edilib.
Təşkilat vurğulayıb ki, koronavirusun mövcud variantları daha az ağır xəstəlik yaradır və peyvənd sayəsində insanların immunitet səviyyəsi daha yüksəkdir.
"Bu vəziyyət əksər xəstələr üçün ağır xəstəlik riskinin azalması ilə nəticələnir".