Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsini təsdiqləyib

Prezident Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsini təsdiqləyib

Tarix: 11 Noyabr 2023 14:54

Prezident İlham Əliyev Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair qanunu təsdiqləyib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı "Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında" qanuna təklif olunan dəyişiklik qəbul edilib.

Qanunda qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.


Etiketlər:  Prezident Binəqədi Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsini təsdiqləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ