Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şimali Koreya haqqında BİLMƏDİKLƏRİMİZ

Şimali Koreya haqqında BİLMƏDİKLƏRİMİZ

Tarix: 15 Noyabr 2023 08:52

Rusiyalı səyyah Şimali Koreyadakı milyarderlərdən bəhs edib. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, o, ölkədə oliqarxların olduğunu bildirib. 

Səyyah həmçinin bunun səbəblərini də aydınlaşdırıb.

Onun sözlərinə görə, KXDR-in sosialist ideologiyasına zidd olaraq ölkədə "tonçu" ("pul sahibləri") adlandırılan oliqarxlar var. Bloqqer Şimali Koreyada zəngin iş adamlarının 1995-1999-cu illərdəki şiddətli aclıq fonunda meydana çıxdığını izah edib. 

O bildirib ki, həmin vaxt hakimiyyətin məhdudiyyətlərin cilovunu boşaltmaq, insanlara pul qazanmaq və ailələrini dolandırmaq yollarını tapmaq imkanı verməkdən başqa çarəsi qalmayıb. 

"Ən təşəbbüskar iş adamları müəssisələr qurdular, iş yerləri yaratdılar və Çindən ərzaq daşımağa başladılar. KXDR rəhbərliyi zənginlərin mövcudluğuna göz yumur ki, 1990-cı illərin hadisələri ölkədə təkrarlanmasın, çünki ölkə iqtisadiyyatının əsas hissəsi yüzlərlə Şimali Koreya "tonçu"ların üzərində dayanır", - səyyah qeyd edib.  

Milli.Az


Etiketlər:  Şimali Koreya haqqında BİLMƏDİKLƏRİMİZ


RƏYLƏR