Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müflis banklara dair yeni tələb müəyyənləşir

Müflis banklara dair yeni tələb müəyyənləşir

Tarix: 15 Noyabr 2023 11:48

Müflis banklara dair yeni tələb müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Banklar haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Sənəddə qeyd edilib ki, müflis elan edilmiş bankın aktivləri onun kreditorları arasında yeni növbəlilik qaydasında bölüşdürüləcək. Bu halda dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər ödəniləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Milli.Az


Etiketlər:  Müflis banklara dair yeni tələb müəyyənləşir


RƏYLƏR