Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 21:48
"Real"ın sabiq fizioterapeftlərindən olan Xose Luis San Martin Arda Gülərin zədəsiylə bağlı məqalə yazıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, "Marca" nəşrində dərc edilən yazıda futbolçunun keçdiyi dövrü təhlil edib:
"Real" Arda Güləri uzun müddət idi izləyirdi və transfer etdi. Məşqlərdə texniki baxımdan möhtəşəm səviyyədə olduğu görünürdü. Ancaq ilk seansların ardından 1.75 sm boy ve 69 kq çəkisi olan Ardanın fiziki baxımdan elit futbolçularla rəqabət aparacaq səviyyədə olmadığı məlum oldu. Qarşısında təqribən 1.85 sm boyunda, 80-85 kq ağırlığında güçlü rəqiblər olacaqdı. Top uğrunda mübarizənin gedəcəyini nəzərə alsaq, "köpək balıqları"nın arasında qalacaqdı.
Sağ dizindəki mensk yırtığı olan Arda əməliyyat olundu. Bərpa prosesi vaxtı daha bir zədə aldı. Son olaraq isə əzələsini yaraladı. Bunun sonunda "Real" baş həkm Niko Mihiçi vəzifəsindən uzaqlaşdırdı.
Arda Gülərin bədənindəki əzələ kütləsini artırmaq üçün zəif cəhətlərini aradan qaldırmaq lazımdır. Buna görə fiziki məşqlər edir. Bunun sayəsində zərbələr və digər mübarizələrdə bütün bədənindəki əzələ kütləsiylə müqavimət göstərəcək. Arda Gülərin bu formada zəifləyən özünəinamının geri qaytarılması hədəflənir".
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu ilin yayında "Fənərbağça"dan transfer edilib. 5 ay ərzində 3 dəfə zədələnən futbolçu "Real"ın heyətində debüt etməyib.