Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aparıcı ilə ''Space TV'' arasındakı məhkəmədə qərar verildi

Aparıcı ilə ''Space TV'' arasındakı məhkəmədə qərar verildi

Tarix: 16 Noyabr 2023 18:40

Xəbər verdiyimiz kimi, aparıcı Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovi məhkəməyə vermişdi. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, məlumatına görə, aparıcı məhkəmənin növbəti iclasının bu gün baş tutduğunu açıqlayıb. O bildirib ki, məhkəmədə qalib gəlib:

"Dostlar, bu dəfə də qalibəm. Bu gün Yasamal rayon məhkəməsində Vado Karovinə ("Space TV"nin rəhbəri - red.) qarşı iddia tələbim təmin edildi. Məhkəmənin qərarı ilə Space MMC də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm".

Qeyd edək ki, Zamirə heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi. 
 


Etiketlər:  Aparıcı ilə Space arasındakı məhkəmədə qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ