Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2023 07:24
Fransa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun Ermənistan tərəfindən ratifikasiyasının əslinin BMT-yə təqdim edilməsi faktını alqışlayır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyinin X sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Qeyd edək ki, ötən gün BMT-də ratifikasiya sənədinin saxlanması üçün BMT-nin Beynəlxalq Müqavilələr Departamentinə təhvil verilməsi mərasimi keçirilib. İlkin ratifikasiyanı BMT-nin Beynəlxalq Müqavilələr Departamentinin rəhbərinə Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mger Markaryan verib. Sənədin orijinalının təhvil verilməsi ilə Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması prosesi başa çatıb.
Bununla Ermənistan BCM-nin nizamnaməsinə qoşulan 124-cü ölkə olub.