Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın Bakıya “hücumu”nun hədəfi budur - Ekspert

ABŞ-ın Bakıya “hücumu”nun hədəfi budur - Ekspert

Tarix: 17 Noyabr 2023 09:00

ABŞ-ın son dövrdə Azərbaycana qarşı atdığı bir sıra addımlar və verilən açıqlamalar qərəzli xarakter daşıyır. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresdə keçirilən dinləmələr zamanı ölkəmiz əleyhinə səsləndirdiyi fikirlər isə sülhdən daha çox hər kəsə az-çox bəlli olan bəzi geosiyasi məqsədlərə xidmət edir.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

Ekspert belə açıqlamaların Bakı ilə münasibətlərə zərbə vurduğunu bildirib:

"Obrayenin çıxışı ikili standartların növbəti təzahürüdür. Çünki biz ABŞ-dan 30 illik işğal dövründə Ermənistana qarşı hansısa bir çağırış, sərt mövqe görmədik. Əlbəttə, Demokratların iqtidarı erməni lobbisinə hansısa siyasətçiləri ələ almaq və s. imkanlar verdi. Ancaq istənilən halda belə bir açıqlama verilməməli idi. Belə yanaşmalar ikitərəfli münasibətlərə zərbə vurur. 907-ci düzəlişlə bağlı mülahizələr, Azərbaycana hərbi yardımların dayandırılması ilə əlaqədar verilən siqnallar, Vaşinqton və İrəvan arasında müdafiə sahəsində kritik addımların koordinasiyası bölgədə sülhün bərqərar olması yerinə, daha ciddi təhdidlər yaradır və Ermənistanda revanşist qüvvələri yeni müharibəyə təhrik edir".

İlyas Hüseynovun ABŞ-ın Azərbaycanın da milli təhlükəsizlik maraqlarını nəzərə almalı olduğunu vurğulayıb:

"Azərbaycan dövləti Blinkenin vasitəçilik təklifinə müsbət cavab verib. Ceyhun Bayramovun Vaşinqtonda Mirzoyanla görüşlərini hamımız yaxşı xatırlayırıq. Ermənistan isə danışıqlardan sonra dəfələrlə mövqelərimizi atəşə tutdu, təxribatlar törətdi. İndi Blinkenin köməkçisi Obrayen çıxışı zamanı sülh olmayacağı təqdirdə əlaqələrin əvvəlki səviyyəyə qalxmayacağını, yüksək çinli dövlət rəsmilərinin Bakıya səfərinin dayandırıldığını deyir, ancaq hansı formada sülhün əldə olunmasını istədiklərindən danışmır. Əslində bu çıxışdan çox insana diktəni, xəbərdarlığı xatırladır. Belə diplomatik üslub olmur. ABŞ səfərləri dayandıraraq, əlaqələrin səviyyəsini aşağı salaraq hansı yolla sülhə töhfə verməyi düşünür? Sözügedən çıxışın məqsədi bizə aydındır. Vaşinqton Bakıdan bu və digər geosiyasi məsələlərə onun prizmasından baxmasını istəyir. Ancaq bu mümkün deyil. Çünki Azərbaycanın da öz təhlükəsizlik maraqları, daxil olduğu regional və beynəlxalq əlaqələr sistemi var. Biz bütün bunları kənara qoya bilmərik. ABŞ da həqiqətən sülh istəyirsə, sadaladıqlarımızı mütləq şəkildə nəzərə almalıdır".

Milli.Az


Etiketlər:  ABŞ ın Bakıya hücumunun hədəfi budur Ekspert


RƏYLƏR