Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavanlaşmaq üçün dünyanın pulunu xərcləyən məşhur üzünü göstərdi - FOTOlar

Cavanlaşmaq üçün dünyanın pulunu xərcləyən məşhur üzünü göstərdi - FOTOlar

Tarix: 18 Noyabr 2023 01:30

Viktoriya Bonya bir neçə ay əvvəl üzündə etdirdiyi plastik əməliyyatdan danışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 43 yaşlı aparıcı və bloger görünüşündəki dəyişikliklərin təfərrüatlarını "Алёна, блин!" verilişinin efirində açıqlayıb. Müsahibədə Viktoriya əməliyyatdan dərhal sonra çox da yaxşı görünmədiyini etiraf edib. Hətta qızı Ancelina onun məşhur "Pişik qadın" Coslin Vildenşteynə oxşadığını deyib.

"Burun sağa getdi. Amma sağ tərəf daha sürətli, sol tərəf isə yavaş bərpa olundu. Bu şişlik gedir. Mən əməliyyatdan təzəcə ayılanda burnum çox balaca görünürdü, çünki yanaqlar yuxarı qalxıb şişmişdi. Qızım sonradan məni şişkin görəndə dedi ki, "pişik qadına" bənzəyirəm, - Viktoriya bildirib.

Buna baxmayaraq, Viktoriya keçirdiyi əməliyyatı "unikal" adlandırıb: "Belə əməliyyatları bu həkimdən başqa heç kim etmir. Mən bu cərrahı kosmosdan tapmışam. Bella Hadid, Hayli Biber bu əməliyyatı keçirib. Bunun adı "Ponytail Lift"dir, effekti sanki bağlayırsan,"quyruğunuz" başınızın üstünə sıxır, üzünüz dartılır. Və beləliklə "tülkü gözləri" peyda olur. Bu, həkimin müəllif texnikasıdır. İndi ən məşhur əməliyyatlar Türkiyədə aparılır. Orada dərinizi dartırlar, amma altı aydan sonra yenidən sallanmağa başlayır. Bu həkim içəridən kəsik açır, ora kamera qoyur, hər damardan, hər venadan keçir.

Türkiyədə dərini kəsirlər, cərrahlar dərini kəsib dartırlar. Nəticədə dərini qidalandıran bütün damarları və venaları da kəsirlər. Bu həkim isə kameranı işə salır, yavaş-yavaş göz ətrafındakı dərini soyur və əzələləri sıxır. Nəticə uzunmüddətli təbii, təsirli və gözəl nəticə əldə olunur. Gözəldir, təbii ki, həddən artıq deyil. Ona görə də bu qədər pula başa gəlir, mikrocərrahiyədir".

Ümumilikdə Viktoriya üz əməliyyatına 300 min dollar (təxminən 510 min manat) ödəyib. Cərrahın işi 150 min dollara başa gəlir. İmplant, anesteziya və əməliyyat otağı xərcləri ayrıca ödənilir. Həm də əməliyyatdan sonra palatada qalmaq üçün gündə 3500 dollar ödəməlisiniz. Yaşla bağlı dəyişikliklər onu qane etmədiyi üçün Viktoriya əməliyyat etdirməyə qərar verib. "Tezliklə 44 yaşım olacaq, artıq hər şey sallanıb, yaşa bağlı dəyişikliklər başlayıb. Gözlərin altında çoxlu dəri var idi" , - ulduz bildirib.

Xatırladaq ki, avqust ayında Viktoriya Bonya İnstaqramda xəstələri arasında Kendall Jenner və Bella Hadidin də olduğu iddia edilən Kaliforniyadan olan məşhur cərrah Çia Çi Kaoya müraciət etdiyini və plastik əməliyyat keçirdiyini bildirmişdi. Viktoriyanın özü müayinə və konsultasiya zamanı çəkilmiş makiyajsız, retuşsuz və filtrsiz fotolarını paylaşmışdı. Sentyabr ayında aparıcı əməliyyatın nəticəsini göstərdi.

Milli.Az


Etiketlər:  Cavanlaşmaq üçün dünyanın pulunu xərcləyən məşhur üzünü göstərdi FOTOlar


RƏYLƏR