Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2023 11:05
Maykl Ceksona sağlığında aid olan daha bir əşya hərraca çıxarılıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu dəfə amerikalı müğənni və bəstəkarın ağ-qara dəri gödəkçəsi satılıb.
Müqavilə Londonda "Propstore" hərracında yekunlaşıb. Maestro əşya üçün 305 min dollardan çox pul ödəyib.
"Bu filmdə o, 20-ci əsrin 80-ci illərində ekranlarda yayımlanan Pepsi reklamında rol alıb. Müvafiq fotoşəkil də satılıb", - hərrac evinin açıqlamasında deyilir.
Xatırladaq ki, 2020-ci ildə Pop Kralının məşhur ağ əlcəyi Texasda keçirilən hərracda satılıb. Yeni sahibinə 85.000 funt-sterlinqə başa gəlib.