Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2023 08:14
Argentinada keçirilən prezident seçkilərinin qalibi məlum olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, sağçı siyasətçi Xavyer Miley Argentinanın prezidenti seçilib.
Onun rəqibi, hakim partiyanın namizədi Serxio Massa Xavyer Mileti təbrik edib.
Yeni prezident növbəti dörd ildə Argentinaya rəhbərlik edəcək.
Argentinada prezident seçkilərinin ikinci turunda səsvermədə ən yüksək dövlət postu uğrunda iki namizəd yarışıb. Əsas mübarizə hakim "Vətən naminə birlik" koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa və "Azadlıq gəlir" alyansına daxil olan Libertarian Partiyasının sədri deputat Xavyer Miley arasında gedib.