Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 16:21
Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştərilərin ehtiyacları əsasında hazırlanmış yeni funksionallığı istifadəyə verdi.
Trend-in məlumatına görə, artıq Bankın bütün korporativ müştəriləri öz işçilərinin əmək haqlarını istənilən yerdə, istənilən zaman onlayn şəkildə köçürə bilərlər. Təqdim olunan funksionallıq sahibkarların vaxtına qənaət edəcək və əməkhaqqı ödənişlərini əhəmiyyətli dərəcədə sürətləndirəcək.
PAŞA Bankın Onlayn Bank xidmətinin təklif etdiyi bütün məhsul və xidmət çeşidləri ilə yaxından tanış ola bilər. Bundan əlavə, sahibkarlar Bankda cari hesab açmadan yeni əməkhaqqı kartlarının sifarişi üçün ərizələri tərtib edə, faktorinq məhsullarından yararlana bilərlər.
Xidmətdən yararlanmaq və istifadəyə başlamaq üçün: https://pashabank.digital/login#/
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin