Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şakira həbs olunacaq?

Şakira həbs olunacaq?

Tarix: 21 Noyabr 2023 09:55

Dünya pop səhnəsinin ulduzu Şakira İspaniyada vergidən yayınma işi ilə bağlı razılığa gəlib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi istintaqla sövdələşib. 

Bu sövdələşmə üç il həbsi nəzərdə tutsa da, müddət 7,3 milyon avro (təxminən 13,2 milyona manat) cərimə ilə əvəz olunacaq. Məhkəmə iclası cəmi beş dəqiqə çəkib. 

Xatırladaq ki, əvvəllər Şakiranı 8 il həbs və 23,8 milyon avro (təxminən 43,2 milyon manat) cərimə ilə hədələyiblər. Belə ki, müstəntiqlərin fikrincə, Şakira Barselonada yaşadığı 2012-2014-cü illərdə 14,5 milyon avro (təxminən 26,3 milyon manat) vergi ödəməyib. İttiham tərəfinin fikrincə, müğənni pulu "Shell" şirkətlər vasitəsilə çıxarıb. 

"Mən bu ədalətsizliyə qarşı sona qədər mübarizə aparanlara böyük heyranam, lakin mənim üçün bugünkü qələbə uşaqlarım və karyeram üçün vaxtı geri qaytarmaqdır", - deyə Şakira vurğulayıb. 

Qeyd edək ki, pop ulduz daha əvvəl vergi orqanlarını onun imicini ləkələmək və onu İspaniyadakı digər vergidən yayınanlara nümunə etmək üçün kampaniya aparmaqda ittiham edib. 

"Bunlar yalan ittihamlardır. Birincisi, mən o vaxt İspaniyada ilin 183 gününü keçirməmişəm. Dünyanın hər yerində peşəkar öhdəliklərimi yerinə yetirməklə məşğul idim. İkincisi, onlar iddia qaldırmazdan əvvəl də borcum olduğunu iddia etdikləri hər şeyi ödəmişəm. Deməli, bu gün mənim onlara heç bir borcum yoxdur. İspan vergi orqanları mənim İspaniya vətəndaşı ilə görüşdüyümü gördülər və ağızları sulandı. Nə olursa olsun, bu pulu istədikləri aydındır", - deyə pop ulduz bildirib. 
Qeyd edək ki, Şakira keçən yay Jerar Pike ilə 12 illik münasibətdən sonra futbolçunun xəyanəti səbəbindən ayrılıb. Daha sonra xarici mətbuat Pikenin müğənnini aldatdığı 23 yaşlı Klara Çia ilə görüşdüyünü yazıb. 

Milli.Az


Etiketlər:  Şakira həbs olunacaq


RƏYLƏR