Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə yığmasının təyyarəsi təcili eniş etdi

Türkiyə yığmasının təyyarəsi təcili eniş etdi

Tarix: 22 Noyabr 2023 13:56

AÇ-2024-ün seçmə mərhələsində səfərdə Uelslə 1:1-lik heç-heçə edən Türkiyə yığması vətənə qayıdarkən problemlə üzləşib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "ay-ulduzlular"ı daşıyan təyyarə Almaniyanın Münhen şəhərinə təcili eniş edib.

Belə ki, təyyarədə Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellanın qardaşı Emanuel Montellanın səhhəti pisləşib. Ona görə də təyyarə tədbir məqsədilə Münhenə təcili eniş edib.

Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop və V.Montella yığmanın həkimi ilə birlikdə xəstəxanaya yollanıblar.


Etiketlər:  Türkiyə yığmasının təyyarəsi təcili eniş etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ