Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu universitetin 10 tələbəsi qızılcaya yoluxdu

Azərbaycanda bu universitetin 10 tələbəsi qızılcaya yoluxdu

Tarix: 23 Noyabr 2023 13:54

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının tələbələri qızılca virusuna yoluxub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, virus ilk olaraq 2004-cü il təvəllüdlü Rahil Tahir oğlu Şükürovda aşkarlanıb. Bundan sonra bu virusa 2003-cü il təvəllüdlü Şahin Tərlan oğlu Mayılov, daha sonra onun qardaşı, 2005-ci il təvəllüdlü Adəm yoluxub.

Tələbələr, xəstəliklə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həkimlər onların səhhətinin yaxşı olduğunu bildirirlər.

Xəstəxanadan verilən məlumata görə, son bir ay ərzində 10 tələbə qızılca virusuna yoluxub.


Etiketlər:  Azərbaycanda universitetin tələbəsi qızılcaya yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ