Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Anamın xəbəri yoxdur, qardaşının ölümünü bilmirik ona necə deyək” - YENİLƏNİB - VİDEO

“Anamın xəbəri yoxdur, qardaşının ölümünü bilmirik ona necə deyək” - YENİLƏNİB - VİDEO

Tarix: 23 Noyabr 2023 19:40

"Anamın xəbəri yoxdur, bilmirik necə deyək".

Milli.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzun oğlu aktyor Cavidan Novruz bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən dəhşətli yanğın zamanı vəfat edən dayısı haqqında danışan zaman deyib.

O, dayısını artıq dəfn etdiklərini bildirib:

"Səhərdən telefonlar susmur. Artıq dayımı dəfn etmişik. Dayımın ölümü gözlənilməz oldu. Lakin o yanğında həlak olmayıb. Onun özünün obyekti var idi. Obyekti artıq üçüncü dəfə idi yanırdı. Ürəyi partladı. Artıq dözə bilmədi, çox heyif. Yaxşı deyiləm, danışmaqda çətinlik çəkirəm".

C. Novruz sonda anasının qardaşının ölümündən xəbərsiz olduğunu qeyd edib:

"Anamın hələ də xəbəri yoxdur. Bilmirik ki, ona necə bu xəbəri verək. Cavan qardaşı getdi".

-------

15:09

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında dəhşətli yanğın baş verib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər vəfat edib, əraziyə cəlb olunan FHN işçiləri xəsarət alıblar.
Bakupost.az xəbər verir ki, yanğında vəfat edən şəxs mərhum Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzun dayısıdır.

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Milli.Az


Etiketlər:  Anamın xəbəri yoxdur qardaşının ölümünü bilmirik ona necə deyək YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ