Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın yeni superkarı: ''Rossa'' gəlir - FOTO

Rusiyanın yeni superkarı: ''Rossa'' gəlir - FOTO

Tarix: 25 Noyabr 2023 07:46

Rusiyanın "Rossa" avtomobilinin yeni görüntüsü yayılıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, "Rossa" (Rusiya idman avtomobilləri - red.) yarış sürücüsü Roman Rusinovun rəhbərliyi altında hazırlanmış orta mühərrikli superkardır.

"Rossa" "Lamborghini Huracan"da olduğu kimi, 680 at gücü olan 5,2 litrlik atmosferli V10 mühərriki ilə təchiz edilib. Saatda 100 kilometrlik sürətə 3,2 saniyəyə çatır, maksimal sürəti isə saatda 380 kilometrdir.

Bu avtomobilin 2024-2025-ci illərdə hazır olacağı gözlənilir. Superkarın təxmini qiyməti 500 min avro təşkil edir və mülki versiyanın daha baha olacağı ehtimal edilir.

Qeyd edək ki, bundan öncə avtomobilin prototipi təqdim olunmuşdu: o, karbon lifli monokok ətrafında qurulub, xarici panellər də karbon lifindən hazırlanıb və onun aerodinamik kuzov dəsti GT2/GT3 sinif avtomobilləri üçün reqlamentə uyğun olaraq hazırlanıb.


Etiketlər:  Rusiyanın yeni superkarı Rossa gəlir FOTO


RƏYLƏR