Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Girovlar gecəyə kimi azad edilməsə... - İsrail hərəkətə keçir?

Girovlar gecəyə kimi azad edilməsə... - İsrail hərəkətə keçir?

Tarix: 25 Noyabr 2023 23:26

Fələstinin HƏMAS radikal hərəkatı yerli vaxtla saat 00:00-a qədər girovların ikinci qrupunu azad etməsə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatları bərpa edə bilər.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə İsrail televiziyasının 13-cü telekanalı mənbəyə istinadən məlumat yayıb.

"Əgər HƏMAS gecə yarısına qədər girovları azad etməsə, biz Qəzza zolağında manevrlərə qayıda bilərik" - deyə bildirilib.

Qeyd edək ki, bu gün axşam saatlarında Fələstinin Əl-Əqsa telekanalı xəbər verib ki, Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı Qəzza zolağından israilli girovların ikinci qrupunu Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil verməyə başlayıb.


Etiketlər:  Girovlar gecəyə kimi azad edilməsə İsrail hərəkətə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ