Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2023 18:48
Rusiya qoşunları Kupyan-Svatov- Kreminna xəttində hücumlarını davam etdirsələr də, təsdiqlənmiş nəticə əldə edə bilməyiblər.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
İnstitut Rusiya mənbələrinə istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələri Kupyandan 22 km cənub-şərqdə, Yaqidnı rayonunda əvvəllər itirilmiş mövqeləri azad edib.
Eyni zamanda, ruslar Baxmut istiqamətində Klişçivkadan şimal-şərqdə və Andrivkada dəmir yolu xətti yaxınlığında irəlilədiklərini iddia ediblər, amma ISW bunun vizual təsdiqini tapmayıb.
Məlumata görə, Rusiya ordusu Avdiv ərazisində təsdiqlənmiş irəliləyiş əldə edib. Ruslar Krasnoqorivkadan şimala doğru irəliləyiblər. Eyni zamanda, Avdivdən 4 km şimal-qərbdə və Novokalinovı Stepovoyda irəlilədikləri də iddia olunurdu. Amma ISW bu iddianı da təsdiqləməyib.