Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvan bilməlidir: bu halda “24 fevral” qərarı verilir - Dubnov

İrəvan bilməlidir: bu halda “24 fevral” qərarı verilir - Dubnov

Tarix: 26 Noyabr 2023 23:12

Nikol Paşinyanla Vladimir Zelenskinin müqayisəsi, onların bir çox oxşarlıqlarının olması Ermənistanın da Ukraynanın taleyini yaşaya biləcəyini gündəmə gətirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, xüsusilə rus politoloqlar Ermənistanın faktiki olaraq KTMT-də fəaliyyətini dondurması və Qərbə sürətli meyillənmənin nəyə gətirib çıxaracağı haqda proqnozlar verirlər.

Rusiyalı politoloq Arkadi Dubnov "Hraparak"a bildirib ki, Moskvada belə hallarda "2022-ci il fevralın 24-də qəbul edilən qərara meyil edildiyini" mütləq nəzərə almaq lazımdır (2022-ci il 24 fevralında Rusiya ordusu Ukraynaya hücum edib - red.).

"Ukrayna və Gürcüstan təcrübəsi (MDB-dən çıxma) təkrarlanır, Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub. Çox güman ki, bu, əvvəlcə MDB sazişini imzalayan, sonra iştirakını donduran, sonra isə faktiki olaraq tərk edən Ukrayna ilə eyni olacaq", - Hərbi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) professoru Aleksey Podberezkin belə deyib.

Erməni mediası bu tip xəbərdarlıqların ciddiyə alınması gərəkdiyini iddia edib.

Milli.Az


Etiketlər:  İrəvan bilməlidir bu halda 24 fevral qərarı verilir Dubnov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ