Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2023 23:32
Şamaxının Meysəri kəndində həftəsonu keçirilən Üzüm və Şərab Festivalı başa çatıb.
Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25-26 noyabr tarixlərində keçirilən festival Şamaxı və rayonun qonaqlarının böyük marağına səbəb olub və parlaq məqamları ilə yadda qalıb. Ziyarətçilər həm festivalda uzumçülük və şərabçılıqla bağlı təqdimatları izləyə bilib, həm də əyləncə dolu həftəsonu keçiriblər.
İkinci dəfədir keçirilən festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixini və bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır.
Meysəri kəndindəki "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisi sərgi, əyləncə, uşaq, piknik, suvenir və digər zonalara bölünüb, şərab və yemək pavilyonları quraşdırılmışdı. Festivalda ölkəmizdə üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə bağlı müxtəlif tədbirlər olub.