Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2023 18:38
İrlandiyada yerli polis keçmiş UFC (Mütləq Döyüş Çempionatı) çempionu Konor Makqreqora qarşı etnik ədavəti qızışdırmaq ittihamı ilə bağlı istintaqa başlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Makqreqor bir müddət əvvəl ölkədəki iğtişaşlardan danışıb, sosial şəbəkələrdə yazıb ki, hökumət "İrlandiyanın təhlükəsizliyini təmin etməsə", bunu özü edəcək.
İrlandiya polisi nifrət yaymaqda şübhəli bilinən keçmiş UFC çempionuna qarşı istintaqa başlayıb.
Qeyd edək ki, noyabrın 23-də Dublində bıçaqla silahlanmış Əlcəzair vətəndaşı olan şəxs yoldan keçənlərə hücum edərək beş nəfəri yaralayıb. Konor İrlandiya hökumətini və immiqrasiya siyasətini tənqid edib.