Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Qəzzada səhra xəstəxanası quracaq

Türkiyə Qəzzada səhra xəstəxanası quracaq

Tarix: 28 Noyabr 2023 16:46

Türkiyəli mütəxəssislərdən ibarət nümayəndə heyəti səhra xəstəxanasının qurulması üçün hazırlıq işləri aparmaq məqsədilə Qəzza zolağına gəlib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə TASS-a Ankaradakı diplomatik mənbə bildirib.

"Bu səhər texniki heyət Misir vasitəsilə Qəzzaya gəlib. Onlar Qəzzada qurmaq niyyətində olduğumuz səhra xəstəxanasının yaradılması planlarının bir hissəsi kimi texniki-iqtisadi əsaslandırma hazırlayacaqlar", - agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, Ankara xəstəxananı tez bir zamanda istifadəyə verməyi planlaşdırır və bununla bağlı vaxt nümayəndə heyətinin işinin nəticələrindən asılı olacaq.

Xatırladaq ki, noyabrın 23-də Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzada səhra xəstəxanasının qurulması ilə bağlı Misir və İsraillə əlaqə saxladığını açıqlayıb. Onun sözlərinə görə, bu məsələni müzakirə etmək və tibb müəssisəsinin yerini seçmək üçün koordinasiya qrupu artıq Misirə səfər edib.


Etiketlər:  Türkiyə Qəzzada səhra xəstəxanası quracaq


RƏYLƏR