Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2023 10:54
Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 35 ünvanında yerləşən binalar qəzalı vəziyyətdə olduğundan sökülərək, yerində müasir binanın tikintisi planlaşdırılır.
Sonxeber.net xəbər verir ki, hazırda kirayə qalan sakinlər yeni və müasir mənzillə təmin ediləcəklər.
Belə ki, həmin ünvanlarda yaşayan 130-a yaxın ailə Mənzil-Tikinti Kooperativləri (MTK) ilə razılığa gəlib. Yalnız bir mənzilin sahibi qarşı tərəflə razılaşmır.
Bu problem isə artıq iki ildən çoxdur ki, davam edir.
Həmin müddət ərzində ailələr bir nəfərə görə mənzilsiz qalıblar.
Ətraflı "ATV Xəbər"in süjetində: