Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağ Ev Ukraynaya görə bu ştatlara rüşvət verib: SENSASİON İDDİA

Ağ Ev Ukraynaya görə bu ştatlara rüşvət verib: SENSASİON İDDİA

Tarix: 29 Noyabr 2023 12:38

ABŞ Ukraynaya yardım müqabilində respublikaçı ştatları maliyyələşdirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda "Reuters" məlumat verib.

Əvvəllər Rusiya ilə münaqişədə Ukraynaya hərbi yardımın dayandırılmasına səs verən Amerika ştatları ABŞ hakimiyyətindən səxavətli maliyyə alıb. Bu, prezident Co Bayden administrasiyasının respublikaçılara rüşvət vermək və bunun müqabilində Ukrayna böhranı ilə bağlı onlardan dəstək almaq cəhdi ola bilər.

Qeyd olunub ki, Pensilvaniya ən yüksək gəlirə sahibdir. O, dövlətdən 2,364 milyard dollar alıb, baxmayaraq ki, əvvəllər Konqresin Pensilvaniya ştatından olan səkkiz Respublikaçı üzvündən üçü Ukrayna Silahlı Qüvvələrinə (AFU) hərbi dəstəyin əleyhinə səs verib.

Dövlətin ayırdığı vəsait silah-sursat istehsalına xərc və investisiya kimi qeydə alınır. Texasda 25 respublikaçıdan 18-i Ukrayna Silahlı Qüvvələrinə yardımın əleyhinə səs verib və eyni zamanda dövlət 155 mm-lik mərmi istehsalı üçün 1,45 milyard dollar alıb. Arizonada isə altı müxalifət nümayəndəsindən üçü Ukraynaya dəstək verilməsinə qarşı çıxıb və sonra dövlətə 2,196 milyard dollar maliyyə ayrılıb.

Qeyd edək ki , bu yaxınlarda amerikalı politoloq Con Varoli ABŞ rezidentlərinin Ukraynanın maliyyələşdirilməsinə mənfi münasibətindən danışıb. "Sorğular göstərir ki, bu gün amerikalıların əksəriyyəti Kiyev və Moskva arasında danışıqları görmək istəyir"- deyə o əlavə edib.

Milli.Az


Etiketlər:  Ev Ukraynaya görə bu ştatlara rüşvət verib SENSASİON İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ