Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzza zolağından ilk qaçqınlar Çeçenistana gəlib

Qəzza zolağından ilk qaçqınlar Çeçenistana gəlib

Tarix: 29 Noyabr 2023 18:06

Noyabrın 29-da səhər saatlarında Qəzza zolağında döyüş bölgəsindən qaçmağa nail olan qaçqınlar Qroznıya gəliblər. 

Milli.Az xəbər verir ki, bu barədə "Qroznı-inform" agentliyi məlumat yayıb.

"Bu gün biz Qroznıda 51 nəfər (38 yerli Rusiya və 13 fələstinli) olan ilk qaçqın qrupunu qarşılayırıq. Qaçqınlar arasında 27 uşağın olduğu qeyd edilir", - deyə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev deyib.

O vurğulayıb ki, Qəzza zolağından olan ilk qaçqın qrupunun qalmasına Çeçenistan rəhbəri Ramzan Kadırov nəzarət edir. Respublikaya gələn qonaqları stansiyada respublika hakimiyyət orqanlarının nümayəndələri qarşıladılar.

Bundan əvvəl Fələstindən olan ilk qaçqın qrupu Dağıstana gəlib. Regionun rəhbəri Sergey Melikovun sözlərinə görə, hakimiyyət Dağıstana gələnlərə yeni şəraitə uyğunlaşmağa kömək edəcək, onlara təhsil və işləmək imkanı verəcək.

Xəyal
Milli.Az


Etiketlər:  Qəzza zolağından qaçqınlar Çeçenistana gəlib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ