Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2023 06:02
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Allah göydə bir iş barəsində qərar verdiyi zaman mələklər Onun əmrinə müntəzir olduqlarını bildirərək qanadlarını çarpırlar və bu vaxt elə bir səs gəlir ki, sanki bir topa zənciri qayaya çırpırlar. Nəhayət, "mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: "Rəbbiniz nə buyurdu?"- deyə soruşurlar..." (Səba surəsi, 23).
Onlara belə cavab verilir: "Haqqı buyurdu! O, Ucadır, Böyükdür!" (Səba surəsi, 23).
Oğrun-oğrun qulaq asan şeytanlar bu sözləri eşidirlər. Bundan ötrü onlar bir-birinin üstünə çıxırlar. Olur ki, mələklərin söhbətinə qulaq asan şeytanı düşən ulduz təqib edir və o, eşitdiyini aşağıda duran yoldaşına çatdırmamışdan əvvəl həmin ulduz onu yandırıb yaxır. Bəzən də ulduz ona dəyməmişdən əvvəl o, eşitdiyini altında duran dostuna ötürür. Beləcə, şeytanlar bu eşitdiklərini yer üzünə çatdırır və onu sehrbaza təlqin edirlər. Sehrbaz da eşitdiyi sözə yüz yalan əlavə edir. (Sehrbazın dediklərinin düz çıxdığını görən avam) insanlar isə deyirlər: "Məgər o bizə filan gün filan, filan hadisə baş verəcəyini xəbər verməmişdi?" Gör səmadan eşidilən söz insanları ona inanmağa necə vadar edir." (əl-Buxari, 4701).