Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binanın damına ildırım düşdü - Yanğın oldu - VİDEO- FOTO

Binanın damına ildırım düşdü - Yanğın oldu - VİDEO- FOTO

Tarix: 30 Noyabr 2023 20:12

İstanbulun Kadıköy səmtində 14 mərtəbəli tərk edilmiş binanın damına ildırım düşməsi yanğına səbəb olub.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kadıköy səmtində tərk edilmiş binanın damına düşən ildırım qorxu və panikaya səbəb olub.

Tezliklə alov bütün damı bürüyüb. Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

Əraziyə gələn yanğınsöndürənlər yanğına müdaxilə edib. Ətrafdakılar bu anı mobil telefon kameraları ilə lentə alıblar.


Etiketlər:  Binanın damına ildırım düşdü Yanğın oldu VİDEO FOTO


RƏYLƏR