Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şiə məzhəbində cümə namazı vacib sayılırmı?

Şiə məzhəbində cümə namazı vacib sayılırmı?

Tarix: 1 Dekabr 2023 06:00

Qurani-Kərimdə cümə namazı ilə bağlı ayrıca surə vardır. Lakin həmin surənin təfsiri və fiqhi hökmü ilə bağlı müsəlmanlar arasında fikir ayrılığı mövcuddur. Müsəlman alimlərin bir qismi həmin surəyə və Peyğəmbərin hədislərinə istinad edərək cümə namazının vacib olduğunu söyləmişlər. Bunu vacib sayanların fikirlərində də cümə namazının hökmü barədə xırda fərqliliklərə rast gəlinir. Cümə namazını vacib sayan müsəlmanların böyük əksəriyyəti əhli-sünnə məzhəbinə məxsusdur. Keçmiş dövrlərdə şiə məzhəbinin bəzi müctəhidləri də bu mövzuda onlarla fikir birliyində olmuşlar. Lakin müasir şiə müctəhidlərin əksəriyyətinin fikrincə, on ikinci imamın qeyb dövründə (yəni gözdən gizli olduğu hazırki zamanda) cümə namazının qılınması vacib deyil, seçimə bağlıdır; insan cümə günü ya cümə, ya da zöhr namazını qılmaqda ixtiyar sahibidir. Əgər cümə namazı qılınarsa, bu, zöhr namazının əvəzi sayılar. Cümə namazının bəzi vacib şərtləri vardır ki, yalnız onların mövcud olduğu halda bu namazın qılınması icazəlidir; həmin şərtlər risalələrdə izah edilmişdir.

Milli.Az


Etiketlər:  Şiə məzhəbində cümə namazı vacib sayılırmı


RƏYLƏR