Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''35 ildir bəs mən nə edirəm?'' - Aygün Kazımovadan sevənlərinə

''35 ildir bəs mən nə edirəm?'' - Aygün Kazımovadan sevənlərinə

Tarix: 2 Dekabr 2023 23:25

Xalq artisti Aygün Kazımova ötən gün Bakıda açılışı olan "Soyuq əllər, isti ürək" yarmarkasına qatılıb. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ölkənin əsas ulduzu səhnəyə çıxaraq mahnılar səsləndirib. Sevənləri Pop divanı dinləmək üçün izdiham yaradıblar. 

Kazımova hit olan mahnılarını pərəstişkarları ilə birlikdə oxuyub. Hətta müğənni sevənlərinin istəyi ilə çıxış saatı bitəndən sonra yenidən səhnəyə qayıdıb, "Çalxala" mahnısını ifa edib.

Aygün Kazımova onların istəyinə "Siz istəyəsiniz, mən oxumayım? Elə şey olar? 35 ildir bəs mən nə edirəm?" sözləri ilə cavab verib. 


Etiketlər:  ildir bəs mən edirəm Aygün Kazımovadan sevənlərinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ