Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suaresin “Qremio”dan getdiyi təsdiqləndi

Suaresin “Qremio”dan getdiyi təsdiqləndi

Tarix: 3 Dekabr 2023 10:42

Braziliyanın "Qremio" klubunun baş məşqçisi Renato Qauşo uruqvaylı hücumçu Luis Suaresin komandadan ayrıldığını təsdiqləyib.

"Əlbəttə, biz onun üçün darıxacağıq. Hamı onu çox sevir. Böyük peşəkar və dünyanın dörd ən yaxşı hücumçusundan biri ilə işləmək xoş idi. Onsuz da boşluq qalacaq", -  Sonxeber.net lent.az-a istinadən bildirir ki, Qauşo vurğulayıb.

Daha əvvəl Luis Suaresin karyerasını Amerikanın "İnter Mayami" klubunda davam etdirəcəyi bildirilirdi.

Suares 2023-cü ilin əvvəlində Uruqvayın "Nasional" klubundan azad agent kimi "Qremio"ya keçib. Bu mövsüm hücumçu bütün yarışlarda 51 oyunda 23 qol vuraraq komandanın bombardiri olub. "Qremio" hazırda Braziliya A Seriyasında 5-ci yerdədir.


Etiketlər:  Suaresin Qremiodan getdiyi təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ