Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2023 20:00
"Milan"ın qapıçısı Mik Menyan A Seriyasının 14-cü turunda keçirilən "Frosinone" ilə matçda (3:1) məhsuldar ötürmə edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, fransalı qapıçı Kristian Pulişiçin qol vurmasına səbəbkar olub. Bununla o uğura imza atıb. Menyan Avropanın "Top-5" çempionatlarının son 3 mövsümün hər birində asist edən yeganə qapıçıdır.
28 yaşlı fransız bu mövsüm "Milan"ın heyətində bütün yarışlarda 16 oyuna çıxıb. O, 20 qol buraxıb və 6 görüşdə qapısını toxunulmaz saxlayıb.