Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millətlər Liqası: Azərbaycan millisi sonuncu oyununa çıxır

Millətlər Liqası: Azərbaycan millisi sonuncu oyununa çıxır

Tarix: 5 Dekabr 2023 10:00

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirəcək.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, artıq qrup lideri kimi B Liqasına vəsiqəni təmin edən Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv bağlanış matçında Farer adalarını qəbul edəcək.

"Dalğa Arena"da gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək.

C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olacaq. Bu görüş də eyni vaxtda başlayacaq.

Yığmamızın 13 xalı var. Monteneqro 9 xalla ikinci, Kipr 7 xalla üçüncü, xalı olmayan Farer adaları isə sonuncudur.

Milli.Az


Etiketlər:  Millətlər Liqası Azərbaycan millisi sonuncu oyununa çıxır


RƏYLƏR