Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bloger və qızı buna görə Azərbaycandan buraxılmadı - VİDEO

Bloger və qızı buna görə Azərbaycandan buraxılmadı - VİDEO

Tarix: 5 Dekabr 2023 23:35

Rusiyada yaşayan və Bakıya gəzməyə gələn azərbaycanlı bloger Sonya Filina hava limanında problemlə qarşılaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "espasonya" adı ilə instaqramda tanınan bloger Kazanda yaşayan əri və böyük qızının yanına uçmağa hazırlaşıb. Lakin balaca övladı ilə birlikdə ölkədən buraxılmayıb.

Məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edən Filina "Böyük qızım Mira günlərdir mənim gəlişimi gözləyir. Ona yalan söyləməli oldum ki, təyyarə xarabdı və təmir olunana qədər gözləməli olacağam. Çox yorğunam" sözlərini yazıb. 

Sonya göz yaşları içində çəkdiyi videoda özü və kiçik qızı üçün aldığı biletlərin geri qaytarılmamasından və ya dəyişdirilməsindən danışıb:

"Biletlər bir saat ərzində geri qaytarıla bilərdi, amma təyyarə artıq havaya qalxmışdı. Çox qırıldım. Yaşadıqlarımın telefonumla bağlı olduğunu eşidəndə inanmadım. İçərisində nə qədər material olmasına baxmayaraq onu burada qoyub getməyə belə razı idim. Dedilər ki, bu, problemi həll etməyəcək. Nəticədə biletsiz, pulsuz qaldım, mənə məlum olmayan cərimə, küskünlük və belə bir axmaqlığa görə ailəmin yanına gedə bilməyəcəyimi anladım".

Məlum olub ki, Sonya və qızının Rusiya Federasiyasına uçan təyyarəyə buraxılmamasına səbəb bloqqerin Azərbaycanda telefonunun qeydiyyatını vaxtında yeniləməməsi olub. Buna görə ona 500 manat cərimə yığılıb. Bunu ödəməyə pulu olmayan Sonyaya izləyiciləri yardım edib. Bloger kart qoyub, izləyiciləri ona pul göndərib və qız cəriməni ödəyib. Beləcə, onun ölkədən çıxışına icazə verilib.

Bloger izləyicilərinin yardımına cavab olaraq onlara "Sonya hamıya qarşıdır" avtobioqrafik kitabının onlayn versiyasını göndərib.

"Bu, insanın hər hansı bir çətinliyin öhdəsindən necə gələ biləcəyi haqqında bir hekayədir. Baş verənlərə tam inanmıram, amma çox xoşbəxtəm. Ailənizlə yaxın olmaq qiymətsizdir. Bu, sona qədər mübarizə aparmağa dəyər bir şeydir" deyə, Sonya yazıb.

Hadisə ilə bağlı 1news.az saytına danışan Sonya "Borcdan xəbərim yox idi. Məlum olub ki, telefonu qeydiyyatdan keçirəndə sizə son tarix verilir. Fikirləşdim ki, bu, bir dəfə edilib - bəziləri üçün bir ay, bəziləri üçün isə bir il ola bilər. Gömrükdə uzadılmalı 1 ay müddətim var idi. Bunu etməsən, sənə 500-750 manat cərimə verirlər. Protokol yazdılar, orada vəziyyəti təfərrüatlı şəkildə təsvir etdilər" sözlərini əlavə edib. 

Milli.Az


Etiketlər:  Bloger qızı buna görə Azərbaycandan buraxılmadı VİDEO


RƏYLƏR