Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uzun ömürlülüyü hansı yolla təmin etmək olar?

Uzun ömürlülüyü hansı yolla təmin etmək olar?

Tarix: 6 Dekabr 2023 07:00

Norveç Elm və Texnologiya Universitetinin alimləri beş il ərzində intensiv idmanla məşğul olmağın sağlamlığı yaxşılaşdırdığını və ömrü uzada biləcəyini aşkar edib. Tədqiqatın nəticələri "British Medical Journal" jurnalında dərc edilib.

"Deyerler.org"un Ria novosti-yə istinadən verdiyi xəbərə görə, təcrübədə üç qrupa ayrılan 70-77 yaş arası təxminən yeddi min könüllü iştirak edib.

71 saylı şəhər klinik xəstəxanasının baş həkimi Aleksandr ömrü uzatmağın əsas yolunu açıqlayıb. Birinci qrup, həftədə iki dəfə, on dəqiqəlik hazırlıq hərəkətləri daxil olmaqla, fasilə ilə dörd dəqiqəlik yüksək intensivli məşqlər həyata keçirib.

İkinci qrup həftədə iki dəfə 50 dəqiqə davamlı orta intensivlikdə məşq edib. Üçüncü qrupdan olan könüllülər isə Norveç Səhiyyə Nazirliyinin tövsiyələri əsasında məşq edib.

Beş il sonra mütəxəssislər təcrübənin bütün iştirakçıları arasında ölüm hallarını müqayisə edib. Birinci qrupda bu göstərici 3%, ikincisidə demək olar ki, 6%, üçüncüdə isə - 4.7% idi.

Alimlərin qeyd etdiyi kimi, bu fərq statistika baxımdan əhəmiyyətli deyil, lakin yüksək intensiv təlimlə sağlamlıq, eyni zamanda uzun ömür müddəti arasında əlaqələr göstərilib.


Etiketlər:  Uzun ömürlülüyü hansı yolla təmin etmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ