Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İynəsiz yeni vaksinasiya üsulu kəşf edildi

İynəsiz yeni vaksinasiya üsulu kəşf edildi

Tarix: 6 Dekabr 2023 08:12

Oksford Universitetinin alimləri böyük yeniliyə imza atıblar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Oksford Universitetinin alimləri vaksinasiyanın iynəsiz üsulunu işləyib hazırlayıblar. Bu barədə "Ridus" nəşri tədqiqatın nəticələrinə əsasən məlumat yayıb.

Məlumata əsasən, tədqiqatçılar inyeksiya üçün hazır vəziyyətə gətirilmiş məhlulun molekullarını vaksini ultrasəsin köməyilə dərinin üst təbəqəsinə daşıyan xırda zülallarla qarışdırıblar.

Metod artıq siçanların üzərində yoxlamadan çıxarılıb, onlar bir dəqiqə yarım ultrasəsin təsirinə məruz qalıblar. Vaksin dərinin üst qatına keçib, burada zülallar preparatla dolu qabarcıqların yaranmasına səbəb olub. Daha sonra qabarcıqlar partlayıb və məhlul dərinin altına daxil olub.

Alimlər yeni üsul vasitəsilə 700 dəfə daha az vaksin molekulunun dəri altına daxil olmasına baxmayaraq, siçanların orqanizmi inyeksiya üsulu ilə müqayisədə daha çox anticism yaradıb. Bu zaman onlarda ağrı hissi yaranmayıb, dəriləri isə zədələnməmiş şəkildə qalıb.

Elm adamları bu qabarcıqların insan dərisi altında özlərini necə aparacaqlarını hələ müəyyənləşdirməyiblər. Onları narahat edən sual vaksinin dərinin altına lazımi miqdarda axıb-axmayacağı və bu prosesin nə qədər davamlı olacağı ilə bağlıdır. Lakin tədqiqatçılar artıq bu prosesə tam nəzarət edilməsinin üsulları üzərində iş aparırlar.

Milli.Az


Etiketlər:  İynəsiz yeni vaksinasiya üsulu kəşf edildi


RƏYLƏR