Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİN-in Polis Akademiyasının Nizamnaməsində dəyişiklik edilib

DİN-in Polis Akademiyasının Nizamnaməsində dəyişiklik edilib

Tarix: 6 Dekabr 2023 19:30

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsində dəyişiklik edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.

Fərmana əsasən, Akademiyaya qəbul təkmilləşdirilir.

Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Akademiyanın ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul haqqında elanda həmin müqavilənin bağlanılmasının zəruriliyi barədə məlumat verilir.

Yuxarıda göstərilən şəxslərin Akademiyaya qəbulu daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanıldıqdan sonra Akademiya rəisinin əmri ilə rəsmiləşdirilir.

Milli.Az


Etiketlər:  DİN in Polis Akademiyasının Nizamnaməsində dəyişiklik edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ