Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin seçkilərlə bağlı qərarını açıqladı

Putin seçkilərlə bağlı qərarını açıqladı

Tarix: 8 Dekabr 2023 15:44

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya lideri bu barədə məlumatı Kremldə Rusiya qəhrəmanlarının mükafatlandırılması ilə bağlı keçirilən tədbir zamanı elan edib.

Bildirilir ki, "Donetsk Xalq Respublikası"nın "parlamentinin spiker"i Artyom Joqa Putinə müraciət edərək ondan seçkilərdə namizədliyini irəli sürməsini xahiş edib. Putinin isə Joqanın xahişi ilə razılaşdığı qeyd olunub. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də baş tutacaq. Putinin dövlət başçısı postunda səlahiyyət müddəti 2024-cü il mayın 7-si başa çatır.

Milli.Az


Etiketlər:  Putin seçkilərlə bağlı qərarını açıqladı


RƏYLƏR