Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktyorun evi qarət edildi

Məşhur aktyorun evi qarət edildi

Tarix: 9 Dekabr 2023 07:45

Hollivud ulduzu Kianu Rivzin Los-Ancelesdəki malikanəsinə naməlum şəxslər basqın edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, evə girənlər bir ədəd odlu silah götürüblər. Oğurluq zamanı aktyor evdə olmayıb.

Hadisə ərəfəsində polis bölməsinə malikanəyə mümkün oğurluqla bağlı anonim zəng daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə getsələr də, əvvəlcə orada heç kimi tapa bilməyiblər.

Bir neçə saat sonra evdə həyəcan siqnalı verilib və polis yenidən axtarışa çıxıb. Müşahidə kameraları xizək maskası taxmış bir neçə kişinin pəncərəni sındıraraq evə daxil olmasını çəkib.

Hazırda hadisə yerində araşdırma aparılır. Polis ilk zəngi kimin etdiyini də araşdırır.

Milli.Az


Etiketlər:  Məşhur aktyorun evi qarət edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ