Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstandan qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlanıb

Gürcüstandan qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlanıb

Tarix: 7 Noyabr 2019 13:30

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Volkswagen Passat" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük baxışı zamanı yük yerində üzərlərində "Moet Chandan Champagne" yazılan 24 ədəd 0,75 litirlik, "Jagermeister" yazılan 22 ədəd 1 litrlik, "Martini" yazılan 24 ədəd 0,75 litrlik və "Rakı" yazılan 14 ədəd spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gürcüstandan qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ