Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 13:48
Elastik qurğuların istehsalı yalnız smartfon seqmentinə deyil, həm də kompüter aksesuarları istehsalçılarına öz təsirini göstərib. “Microsoft” ovuc forması şəklində bükülən orijinal “maus” təqdim edib. Şirkətin ikinci yeniliyi “Office 365” ofis paketinə sürətli girişə malik erqonomik klaviatura olub.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Microsoft Mavic Arc Mouse” qurğusunun özəlliyi odur ki, aksesuarın formasını dəyişdirmək mümkündür. “Microsoft”un nümayəndələri əmin ediblər ki, bu, qurğunu daşıma üçün mükəmməl edir, çünki o, baqajda demək olar ki yer tutmur.
“Maus” “Bluetooth 4.0/4.1” protokolu vasitəsilə kompüter və ya noutbukla sinxronlaşdırılır. Optik sensorun təsvir ölçüsü 1000 dpi təşkil edir. Aksesuar 4 rəngdə (çəhrayı, yaşıl, mavi və qara) əlçatandır.
“Microsoft Kill” klaviaturası şirkətin ikinci yeniliyidir. İstifadəçinin mətni daha rahat daxil etməsi üçün klaviaturanın klavişləri əlverişli şəkildə yerləşdirilib. Aksesuarın erqonomikası mərkəzi hissədə tipik əyilməni də nəzərdə tutur ki, uzun müddət mətnin yığılması zamanı barmaqlar yorulmasın.
Emil Hüseynov