Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu görüntülər panikaya səbəb oldu - Zəlzələdən sonra... - FOTO - VİDEO

Bu görüntülər panikaya səbəb oldu - Zəlzələdən sonra... - FOTO - VİDEO

Tarix: 10 Dekabr 2023 21:12

Türkiyənin Bursa şəhərinin Nilüfər rayonunda dünən gecə baş verən zəlzələdən sonra qeydə alınan sirli işıq görüntüsü panikaya səbəb olub.

Milli.Az Musavat.com-a xəbər verir ki, keçən həftə Gəmlik körfəzi, Mudanya və Bursanın mərkəz rayonlarında sıx hiss edilən 5,1 bal gücündə zəlzələdən sonra şəhərdə yeni yeraltı təkanlar baş verib.

Belə ki, dünən Gəmlik rayonunda 3,2, Nilüfər rayonunda isə ötən gecə yerli vaxtla saat 22:59-da 2,6 bal gücündə zəlzələ baş verib. Nilüfərdəki zəlzələdən 40 dəqiqə sonra baş verən işıq partlayışı panikaya səbəb olub.

8787-pxyt.jpg (60 KB)

Xatırladaq ki, Kahramanmaraşda baş verən zəlzələlər zamanı təhlükəsizlik kamerasına əks olunan işıq partlayışı ən çox danışılan mövzulardan olub.

Belə ki, ölkənin rəsmi qurumları bununla bağlı iddialara aydınlıq gətirib.

Qeyd olunub ki, zəlzələ zamanı yaranan enerji yığılması parlaq şüalanmaya səbəb olur. Yerdən 200 metr yüksəkliyə çatan işıqlar bəzi hallarda ildırım kimi görünür və qısa müddətdə yox olur.

Milli.Az


Etiketlər:  Bu görüntülər panikaya səbəb oldu Zəlzələdən sonra FOTO VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ