Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 04:20
UEFA prezidenti Aleksander Çeferin qurumun nizamnaməsində dəyişiklik etmək istəyir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Çeferin 2031-ci ilə qədər UEFA prezidenti vəzifəsində qalmaq üçün nizamnaməni dəyişdirməyi planlaşdırır.
Çeferin və onun müttəfiqləri bu planlar üzərində aylarla çalışıb, onları keçən həftəsonu Avropa çempionatının püşkatma mərasimindən əvvəl icraiyyə komitəsinin iclasında rəsmən təklif ediblər.
Hələ ictimaiyyətə açıqlanmayan təklif olunan düzəlişlər gələn ilin fevral ayında Parisdə keçiriləcək UEFA Konqresində səsverməyə çıxarılacaq.
Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən UEFA prezidentidir. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatmalıdır.