Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 10:26
Əfqanıstanda 5,7 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Qeyd olunur ki, zəlzələnin episentri Almatı şəhərindən 890 km cənub-qərbdə, Əfqanıstan ərazisində yerləşib.
"Zəlzələnin enerji sinfi 11,9, maqnitudası isə 5,7 olub", - deyə məlumatda bildirilib.
İtkilər və dağıntılar barədə hələlik məlumat verilməyib.