Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda Ceyhun Bayramovla Hakan Fidanın təkbətək görüşü keçirilib - YENİLƏNİB - FOTO

Bakıda Ceyhun Bayramovla Hakan Fidanın təkbətək görüşü keçirilib - YENİLƏNİB - FOTO

Tarix: 14 Dekabr 2023 15:03

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib.

Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan-Türkiyə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə olunub.

--------

13:55

Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidanın təkbətək görüşü başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, H.Fidan ölkəmizdə səfərdədir. Bu gün səhər saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu qəbul edib.

Milli.Az


Etiketlər:  Bakıda Ceyhun Bayramovla Hakan Fidanın təkbətək görüşü keçirilib YENİLƏNİB FOTO


RƏYLƏR