Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 20:06
Rusiyanın Yaroslavl vilayətinin Rıbinsk şəhərində uşaq bağçasında uşaq yanıb - onu qaynar su ilə yandırıblar.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə xəsarət alan oğlanın anası məlumat verib.
"Kiçik müəllim ombalarını yuyub, bundan sonra böyük müəllim uşağın ombasında qırmızı ləkələr aşkar edib və uşaq bağçasının tibb işçisini çağırıb. Bağçanın işçiləri uşağı müayinə etdikdən sonra (əgər belə adlandıra bilərsinizsə) mənə zəng edərək bildirdilər ki, uşağın bezi alergiyaya səbəb olub və ombasında suluqlar əmələ gətirib", - deyə qadın bildirib.
Ata uşağı götürmək üçün bağçaya gələndə oğlunun çətinliklə yeridiyini görüb. Onlar uşağı soyunduraraq bədənindəki yanıq izlərini görüblər. Zərərçəkmiş daha sonra xəstəxanaya yerləşdirilib.
Həmçinin, uşağın anası bildirib ki, indi oğlu normal yata bilmir, tualetə gedə, otura bilmir, həmçinin yeməkdən də imtina edir. Lakin bağça işçiləri günahlarını boynuna almırlar.