Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadının qaş aldırması və üz aldırması zinət sayılırmı?

Qadının qaş aldırması və üz aldırması zinət sayılırmı?

Tarix: 17 Dekabr 2023 02:56

Şəriətimizə görə, qadın öz zinətlərini (bəzəklərini) naməhrəm kişilərdən gizlətməli, onlara göstərməməlidir. Bəzəkli paltar, zinət əşyaları, kosmetika bu qəbildəndir. Bu üsulla İslam dini cəmiyyətdə fitnə-fəsadın, əxlaqsızlığın, cinsi təhriklərin qarşısını alır, sağlam cəmiyyətin formalaşmasına yardım edir. Üz aldırmaq (üzdəki artıq tükləri təmizləmək), qaş aldırmaq qadının adi və gündəlik təmizlik işlərindən sayılır. Müctəhidlər adətən bu işləri bəzək qisminə aid etmirlər. Ona görə də adi formada üzünü və qaşını aldırmış qadının öz sifətini örtməsi tələb edilmir. Amma şərt budur ki, bununla yanaşı sifətdə gərək bəzək qismindən olan digər hallar olmasın. Məsələn, kosmetik vasitələrdən istifadə etmək, qaş aldırandan sonra onu karandaşla qaralamaq, tatuaj etmək və s. bəzək sayılır və şəriətə görə bunları naməhrəmdən gizlətmək lazımdır.

Milli.Az


Etiketlər:  Qadının qaş aldırması üz aldırması zinət sayılırmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ