Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Övladınızın məktəbdə problemi olduğunu göstərən - 5 əlamət

Övladınızın məktəbdə problemi olduğunu göstərən - 5 əlamət

Tarix: 18 Dekabr 2023 03:21

Çox valideynlər məktəbi uşaq üçün ən təhlükəsiz və rahat yer hesab edir: orda nəzarət var, kollektivdir və bir şey olsa, gəlib deyəcək. Amma uşağın məktəbdə nə yaşadığı, nə hiss etdiyi 90% hallarda gizli qalır.

Milli.Az "medicina"ya istinadən xəbər verir ki, psixoloqlar valideynləri diqqətli olmağa çağırıb.
Uşağınızın məktəbdə problemi olduğunu göstərən fiziki,psixoloji əlamətlər var.

Məsələn, suallardan yayınır, dialoqa girmir. Məktəbdə nə var nə yox, nə xəbər soruşanda, qısaca, normaldır deyir.

Valideynlə söhbət zamanı özünümüdafiə jestləri görünür.

Məsələn, aldadanda, qorxanda üz, bədən mimikaları dəyişir.

Əgər uşaq əllərini sinəsində çarpazlayırsa, əllərini önündə tutursa, gözünü yayındırırsa, ətrafa baxırsa, tələsirsə deməli, yalan danışır.

Bu əlamətlərə də diqqət:

- Uşağın əşyaları itir - xüsusən, geyimi, gadjetləri, velosipedi və soruşanda yayınır
- Məktəbdən evə çirkli, cırılmış geyimlə gəlir

- Xarici görünüşündə qəfil dəyişikliklər edir, saçını dəyişir
- Özünü aqressiv aparır

- Evə ya çox tez gəlir, ya da çox gec - çox zaman məktəbdə hamıdan axırda çıxır

Səbəbləri özünüz müəllimlə birgə tapmalısız, yeri gələndə, uşağı izləməlisiz.

Milli.Az


Etiketlər:  Övladınızın məktəbdə problemi olduğunu göstərən 5 əlamət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ